Piyada keçidindən keçmədi, maşın vurdu– - Öldü

piyada-kecidinden-kecmedi-masin-vurdu-
Oxunma sayı: 1418


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Xocəsən-Sədərək yolunda baş verib.

“Shacman” markalı yük avtomobili hələlik şəxsiyyəti müəyyənləşdirilməyən piyadanı vurub. 

Hadisə nəticəsində piyada vəfat edib. 

Qəza ərazidə quraşdırılan yerüstü piyada keçidinin altında baş verib. İdarəetməni itirən yük avtomobili keçidin pilləkənlərinə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.