Gecə saatlarında paytaxtda piyadanı avtomobil vurub.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Bakının Binəqədi rayonu, Xutor qəsəbəsində baş verib.
1990-cı il təvəllüdlü Rüstəmova Firuzə Vaqif qızı piyadalar üçün nəzərdə tutulmayan yerdə yolu keçmək istəyərkən yaxınlaşmaqda olan avtomobilin zərbəsinə tuş gəlib. Ağır xəsarətlər alan 28 yaşlı qız 1 saylı Xəstəxanaya çatdırılıb. Ona lazımi tibbi yardım göstərilib və hazırda vəziyyətinin qənaətbəxş olduğu deyilir.
Yol qəzası ilə bağlı Binəqədi polisi tərəfindən araşdırmalara başlanılıb. Sürücü saxlanılaraq ifadəsi də alınıb.
Son xəbərlər
Son Xəbərlər