Piyadalar düyməli işıqfordan istifadə qaydaları haqda məlumatlandırılır - Fotolar

piyadalar-duymeli-isiqfordan-istifade-qaydalari-haqda-melumatlandirilir
Oxunma sayı: 1595

Nəqliyyat könüllüləri Bakı Beynəlxalq Avtovağzalı tərəfdə təşkil edilən nizamlanan piyada keçidində piyadaları düyməli işıqfordan istifadə qaydaları barədə məlumatlandırır.

"Qafqazinfo" xəbər verir ki, artıq 3 gündür ki, səhər, günorta və axşam pik saatlarda könüllülərimiz piyadaları yeni təşkil edilən piyada keçidindən düzgün istifadə etməyə və təhlükəsizlik qaydalarına riayət etməyə dəvət edirlər.

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Bakının əlçatanlığı, təhlükəsizliyi və mobilliyi istiqamətində işlər davamlı olaraq həyata keçirilir, könüllülərimiz paytaxt sakinlərinin məlumatlandırılması üçün fəaliyyətlərini davam etdirirlər.

BNA bir daha piyadaları yol hərəkəti qaydalarına riayət etməyə çağırır.