Qadın piyadanı vurub qaçan sürücü saxlanılıb.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanvarın 26-da Bakı şəhər sakini S.Şeşbekova xəsarətlə xəstəxanaya yerləşdirilib.
Qadının Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsində yolu keçərkən avtomobillə vurulması müəyyən edilib.
Onun “Mercedes” markalı avtomobillə vurulduğu müəyyən edilib. Həmin nəqliyyat vasitəsini idarə edən və hadisə yerindən yayınmaqda şübhəli bilinən Bakı şəhər sakini E.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Oxşar hadisə dünən Şəkidə də baş verib. Şəki şəhər sakini B.Allahverdiyev xəsarətlə xəstəxanaya yerləşdirilib.
Araşdırmalarla Baş Göynük kənd sakini olan şəxsin kənd ərazisində yolu keçərkən avtomobillə vurulması müəyyən edilib.
Yol qəzasının “VAZ-2106” markalı avtomobillə törədildiyi müəyyən edilib və hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən şəhər sakini R.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər