Piyadanı maşın vurdu

piyadani-masin-vurdu
Oxunma sayı: 984

Tovuzda avtomobil piyadanı vurub.

“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə axşam saatlarında Tovuz -Əlibəyli avtomobil yolunda qeydə alınıb.

Əlibəyli kənd sakini Zirəddin Abdıyevi nəməlum avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan zərərçəkən yaxınlarının köməyi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Kəllə beyin travması alan zərərçəkənin vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır .