Piyadanı maşın vurub öldürdü

piyadani-masin-vurub-oldurdu
Oxunma sayı: 1930

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Daşkəsən rayon sakini, 1974-cü il təvəllüdlü Elsevər Allahverdiyev yolu keçmək istəyən zaman onu “VAZ- 21015” markalı minik avtomobili vurub.

Ağır xəsarətlər alan E.Allahverdiyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli