Piyadanı maşın vurub öldürdü

piyadani-masin-vurub-oldurdu
Oxunma sayı: 1844

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun xəbərinə görə, şəhərin Nizami Gəncəvi prospektində hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.

O, hadisə yerində ölüb. Hazırda ölən piyadanın şəxsiyyəti müəyyənləşdirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli