Piyadanı maşın vurub öldürdü

piyadani-masin-vurub-oldurdu
Oxunma sayı: 1784

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Qarasu kəndində R.Məhərrəmovun idarə etdiyi “Opel” markalı avtomobil yolu keçən 35-40 yaşlı kişini vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.