Piyadanı mikroavtobusla vurub öldürdü

Piyadanı mikroavtobusla vurub öldürdü
Oxunma sayı: 530

Zaqatalada mikroavtobusun vurduğu piyada ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə axşam saatlarında rayonun Danacı kəndində baş verib.

Belə ki, Qurbanov Tahir Məhəmməd oğlu idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçmək istəyən Makov kənd sakini 1981-ci il təvəllüdlü Zaur Əziz oğlu Kostiyevi vurub. 

Ağır bədən xəsarətləriylə Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparılan yaralı bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mübariz Muradov


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi