Piyadanı vuran qadın sürücü saxlanıldı

piyadani-vuran-qadin-surucu-saxlanildi
Oxunma sayı: 2067

Bakıda bir neçə gün öncə piyada kişini vuran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, mayın 7-də rayon ərazisində Mehman Nəzərovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xəzər RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən “BMW” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Dürdanə Rzayeva saxlanılıb.

Murad Əhməd