Piyadanı vuran sürücü həbs olundu

piyadani-vuran-surucu-hebs-olundu
Oxunma sayı: 632

“Qafqazinfo” həmin xəbərləri təqdim edir:

Oktyabrın 7-si saat 03:50 radələrində Bakı-Mərdəkan şossesində naməlum avtomobil Cəlilabad rayon sakini Fuad Ağayevi vurmuş və nəticədə piyadaçı aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, F.Ağayev «Qazel» markalı avtomobillə vurulub. Bundan başqa həmin vaxt sükan arxasında Abşeron rayon sakini Elçin Cabbarovun olduğu, avtomobilin sahibi Binə qəsəbə sakini Qabil Hüseynovun isə onun yanında əyləşdiyi müəyyənləşib. Hər iki şəxs polis əməkdaşları tərəfindən yaxalanıb.

İyunun 28-də Ələt qəsəbəsində Şirvan rayon sakini Elnarə Şirinovaya məxsus «VAZ-21015» markalı avtomobildən açıq qapıdan keçmə yolu ilə mobil telefon, pul, sənədlər və geyim əşyaları oğurlanıb. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, qəsəbə sakini Kənan Bələdzadə noyabrın 13-də tutulub.