"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, ötən ilin dekabr ayında piyadanı vuran sürücüyə cəza istənilib.
Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə ittiham olunan Asif Həsənov Xalqlar dostluğu metrostansiyası tərəfdə piyada Rasim Məmmədovu vurub. R.Məmmədov aldığı xəsarətdən ölüb.
Dövlət ittihamçısı sürücülük vəsiqəsi olmadan maşın sürüb piyadanın ölümünə səbəb olan A.Həsənovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti məhkəmə iclası mayın 20-ə təyin edilib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər