Piyadanı vurdu, həm də qəzaya səbəb oldu - - Bakıda

piyadani-vurdu-hem-de-qezaya-sebeb-oldu-
Oxunma sayı: 1281


Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 25-də saat  19 radələrində Sabunçu qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Hüseynağa Umudov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Hadisə baş verərkən eyni istiqamətdə hərəkətdə olan 4 avtomobil sürətini azaltdığından arxadan gələn Bakı şəhər sakini Əlixan Şirəliyev idarə etdiyi “Daewoo” markalı 160 saylı xətt avtobusu ilə onları vurub. 

Nəticədə avtomobillərdə olan 9 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Hadisəni törədən “Ford” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Fərhad Fərzəliyev tutulub.

Murad Əhməd