Piyadanı vurub digər maşının altına atan sürücü saxlanıldı

piyadani-vurub-diger-masinin-altina-atan-surucu-saxlanildi
Oxunma sayı: 1002

Oktyabrın 10-da saat 19 radələrində Səbail rayonunun Yeni Salyan yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Abşeron rayon sakini Aidə İsmayılova vurulub və o, zərbədən qarşıdan gələn, Bakı şəhər sakini C.Abdullayevin idarə etdiyi “Wolkswagen” markalı avtomobilin altına düşərək hadisə yerində ölüb.

“Qafqazinfo” xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Kia” markalı avtomobilin sürücüsü, Cinayət Məcəlləsinin 263 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə axtarışda olan Gədəbəy rayon sakini Z.Abbasov saxlanılıb.