Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutuldu

piyadani-vurub-hadise-yerinden-qacan-surucu-tutuldu
Oxunma sayı: 1330

İmişlidə piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub.  Bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 5-də rayonun Qaralar kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Yalavac kənd sakini M.Orucov vurulub. Piyada xəstəxanaya yerləşdirilib. 

İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Yalavac kənd sakini V.Mustafayev saxlanılıb. 

Araşdırma aparılır.