Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutuldu

piyadani-vurub-hadise-yerinden-qacan-surucu-tutuldu
Oxunma sayı: 2771

Salyanda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, şöbəyə martın 21-də saat 22 radələrində şəhər sakini P.Xəlilovanın yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Həbibi saxlanılıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.