Qazaxda piyadanı avtomobil vurub.
"Qafqazinfo"nun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Abdulkərimov Firuddin Zirəddin oğlu yolu keçən zaman hələlik markası məlum olmayan avtomobil tərəfindən vurulub. Hadisəni törədən sürücünün avtomobillə hadisə yerindən uzaqlaşdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Son xəbərlər
Son Xəbərlər