Piyadanı vurub öldürdü

piyadani-vurub-oldurdu
Oxunma sayı: 1226

Lənkəran rayonunun Liman şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza noyabrın 20-də saat 18 radələrində qeydə alınıb. 

Cəlilabad rayon sakini A.Camalov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən şəhər sakini Balqız Quliyevanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.