Piyadanı vurub öldürdü - Yenilənib

piyadani-vurub-oldurdu
Oxunma sayı: 1855

Bu gün axşam saatlarında Bakı-Quba yolunun Siyəzən ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə magistralın 103-cü km-də qeydə alınıb. Yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb. Hadisəni törədən sürücünün və ölən piyadanın şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.  

Faktla bağlı araşdırmalar aparılır.

***

Qəzanı törədən şəxsin kimliyi müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, bu, 90-RC-234 dövlət nömrə nişanlı, "Nexia" markalı avtomobilin sürücüsü Xaçmaz rayon sakini Ələsgərov İftixardır.

Emin Gülağaoğlu