Piyadanı vurub öldürən sürücü saxlanıldı

piyadani-vurub-olduren-surucu-saxlanildi
Oxunma sayı: 1021

Xətai rayonunun G.Mehmandarov küçəsində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza fevralın 25-də saat 7 radələrində qeydə alınıb. 

Müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Yeganə Hüseynova vurulub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini B.Babayev saxlanılıb.

Araşdırma aparılır.