Piyadanı vurub öldürən sürücü tapıldı

piyadani-vurub-olduren-surucu-tapildi
Oxunma sayı: 1933

Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza aprelin 14-də qeydə alınıb. 

Müəyyən edilməmiş avtomobillə yolu keçən Qubadlı rayon sakini Abbas Məmmədov vurulub. Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Sumqayıt sakini H.Həsənov saxlanılıb. 

A.Məmmədov xəstəxanada ölüb.