Piyadanı vurub qaçan 21 yaşlı sürücü saxlanıldı

piyadani-vurub-qacan-21-yasli-surucu-saxlanildi
Oxunma sayı: 1566


Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, 2014-cü il aprelin 15-də saat 22:10 radələrində Şirvan şəhərində 1993-cü il təvəllüdlü Mustafayev Təbriz İlham oğlunun yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi «VAZ 21060» markalı avtomobillə yolu keçən piyada - 1978-ci il təvəllüdlü Səfərov İmaməddin Gülyar oğlunu vuraraq hadisə yerindən qaçması və sonuncunun hadisə yerində ölməsi  faktına görə Şirvan şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcələsinin 263.2 (yol hərəkəti  və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. 

Həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Təbriz Mustafayev tutularaq istintaqa cəlb olunub. 

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.