Piyadanı vurub qaçan sürücü saxlanıldı

piyadani-vurub-qacan-surucu-saxlanildi
Oxunma sayı: 901

Sumqayıtda piyadanı vurub qaçan sürücü saxlanılıb.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-də Nicat Hüseynovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini Zöhrab Novruzov saxlanılıb.