Gəncədə piyadanı vurub qaçan sürücü saxlanılıb.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, fevralın 6-da Gəncə şəhər sakini S. Atakişiyeva xəsarətlə xəstəxanaya yerləşdirilib. Araşdırmalarla onun şəhər ərazisində yolu keçərkən avtomobillə vurulması müəyyən edilib. Yol-nəqliyyat hadisəsinin “VAZ-2107” markalı avtomobillə törədilməsi müəyyən edilib. Qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Gəncə şəhər sakini Elmir Veridiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər