Piyadanı vurub qaçan sürücü saxlanıldı

piyadani-vurub-qacan-surucu-saxlanildi
Oxunma sayı: 1106

Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza sentyabrın 15-də saat 21 radələrində qeydə alınıb. 

Ağbaş kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 40-45 yaşlı kişi vurulub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Xaçmaz rayon sakini Etibar Kərimov olması müəyyən edilib. 

Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “Mercedes” markalı avtomobilin sürücüsü Ağdam rayon sakini K.İsgəndərov saxlanılıb.