Piyadanı vurub qaçan sürücü saxlanıldı

piyadani-vurub-qacan-surucu-saxlanildi
Oxunma sayı: 1712

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, "VAZ -2107" markalı avtomobil 2001-ci il təvəllüdlü Sübhan Əsədovu vurub və sürücü hadisə yerindən qaçıb.  Ağır xəsarətlər alan 20 yaşlı gənc xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, sürücü hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən saxlanılıb.