Piyadanı vurub qaçan sürücü tutuldu

piyadani-vurub-qacan-surucu-tutuldu
Oxunma sayı: 725

Şirvanda piyadanı vurub qaçan sürücü saxlanılıb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Şirvan şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Amid Xanzalı oğlunu vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Həmin şəxs Şirvan şəhər sakini, 1997-ci il Şahbazov Xalid Xaləddin oğlu hadisəni idarə etdiyi “Prado” markalı 90 XG 991 dövlət nömrə nişanlı avtomobillə törədib.

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.