Piyadanı vurub qaçdı

piyadani-vurub-qacdi
Oxunma sayı: 1014

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Naməlum avtomobil Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Elmir Quliyevi vurub. Yaralı hadisə yerində ölüb, qəzanı törədən avtomobil isə hadisə yerindən qaçıb.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.