Piyadanı vurub qaçdı, 2 gün sonra tutuldu

piyadani-vurub-qacdi-2-gun-sonra-tutuldu
Oxunma sayı: 936

Noyabrın 12-də saat 9 radələrində Nizami rayonunun H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini E.Ağaməmmədov vurulub.

“Qafqazinfo” xəbər verir ki, nəticədə piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Qasımov saxlanılıb.