Yasamal rayonu, Kənar Dairəvi yol ilə Nazim Hikmət küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən Yeni Yasamal istiqamətində sıxlıq yaranıb.