PKK bu ərazini Suriyaya verdi

pkk-bu-erazini-suriyaya-verdi
Oxunma sayı: 1826

PKK/PYD terror təşkilatının nəzarətində olan Münbiç ərazisi Suriya ordusuna təhvil verilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargah İdarəsinin rəisi Sergey Rudskoy bildirib. Onun sözlərinə görə, terrorçu dəstə Münbiç və ətraf ərazilərdən çəkilməyi, həmçinin, həmin bölgələrin Bəşər Əsəd qüvvələrinə təhvil verilməsinə razı olub.

Rusiya rəsmisi onu da qeyd edib ki, martın 3-dən etibarən Dəməşq rəhbərliyi Münbiç və ətraf bölgələrdə dövlət fəaliyyətlərini bərpa edəcəklər.

Aysel Kərimova