Türkiyənin PKK terror təşkilatına qarşı bir neçə aydır davam edən əməliyyatları nəticəsində təşkilat Cizrə, Sur, Silopidə yüzlərcə döyüşçüsünü itirib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bundan narahat olan PKK indi də “hər evdən bir uşaq” toplamaq kampaniyasına start verib. Terror təşkilatı ona dəstək verməyən bölgə xalqını hədəfə alaraq onları təhdid etməyə başlayıb. Yas çadırlarında, məscidlərdə belə təşkilat öz propaqandasını aparır. Təşkilatdan uşaqlarını qurtarmağa çalışan ailələr Daxili İşlər Nazirliyindən kömək istəyib. PKK-nın gənclik qolu olan YDG-H döyüşçülərinin azyaşlı uşaqları da əməliyyatlara təşviq etdiyi vurğulanır. Uşaqları evlərindən alaraq barrikadalar qurmağa zorlayırlar, ön sıralara ataraq arxalarında gizlənirlər. Ailələrdən zorla alınan 14-17 yaşındakı uşaqlar PKK düşərgələrinə aparılaraq təlimə cəlb olunurlar.
Son xəbərlər
Son Xəbərlər