PKK Diyarbəkir terrorunu öz üzərinə götürdü

pkk-diyarbekir-terrorunu-oz-uzerine-goturdu
Oxunma sayı: 879

Xəbər verdiyimiz kimi, mayın 10-da Türkiyənin Diyarbəkir şəhərində polisi hədəf alan terrorçular polisin xidməti avtomobili yoldan keçən zaman bombanı işə salıblar. Hadisə nəticəsində 3 nəfər ölüb, 12-si polis olmaqla 45 nəfər yaralanıb.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, PKK təşkilatının siyasi qanadı olan HPQ terror aktına məsuliyyəti öz üzərinə götürüb. Bu barədə YPG-nin saytında məlumat yerləşdirilib.

Terror təşkilatı bunu Diyarbəkirin Sur vilayətində öldürülən HPG-lilər üçün etdiyini bildirib.