PKK-nın bombası polisin əlində partladı - 2 ölü, 1 yaralı

pkk-nin-bombasi-polisin-elinde-partladi
Oxunma sayı: 1010

Türkiyədə daha bir terror aktı baş verib.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Vanda PKK terrorçuları tərəfindən yola döşənən partlayıcını zərərsizləşdirmək üçün əraziyə mütəxəssislər göndərilib. Lakin bombanı zərərsizləşdirməyə çalışarkən partlayış baş verib. Partlayışda 2 polis məmuru şəhid olub, 1-i isə yaralanıb. Hadisə yerinə çoxlu sayda polis qüvvələri sövq edilib. Həmin küçəyə giriş və çıxış bağlanıb.