PKK-nın daha bir önəmli adamı öldürüldü

pkk-nin-daha-bir-onemli-adami-olduruldu
Oxunma sayı: 2725

Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatının PKK-ya qarşı keçirdiyi əməliyyat çərçivəsində təşkilatın qərar qəbul edən orqanı hesab olunan Kürdüstan Cəmiyyətləri Birliyinin (KCK) rəhbərlik komitəsinin üzvü Nazife Bilen zərərsizləşdirilib.

“Qafqazinfo”nun “Hürriyət”ə istinadən verdiyi xəbərə görə, təhlükəsizlik mənbələri Bilenin bu günə qədər məhv edilən ən yüksək səviyyəli təşkilat üzvü olduğunu bildirib.