PKK-nın üç terrorçusu təslim oldu - Türkiyə MN

pkk-nin-uc-terrorcusu-teslim-oldu
Oxunma sayı: 1540

Türkiyə-İraq sərhədində PKK-nın üç terrorçusu təslim olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb:

“Onlar Haburdakı sərhəd məntəqəsində təslim olublar”.

Məlumatda terrorçuların İraqın şimalındakı sığınacaqlardan qaçdığı qeyd olunub.

Nazirlik PKK-ya qarşı əməliyyatların sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyini vurğulayıb.