PKK səhvən çay evinə raket atdı - 3 yaralı

pkk-sehven-cay-evine-raket-atdi
Oxunma sayı: 1657

Diyarbakırda PKK-çılar  tərəfindən polis maşınına atılması planlaşdırılan raket çay evinə düşüb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Bağlar mahalı, Cemioğlu prospektidə baş verib, 3 vətəndaş yaralanıb. 

Şəhərdə yaşanan hadisələr səbəbiylə çay evində çox insan olmayıb. 

Hadisə yerinə çoxlu sayda polis sövq edilib. Polis qrupları ətrafda təhlükəsizlik tədbirləri alaraq hadisə yerində araşdırmalar aparmağa başlayıb.