PKK tərrorçuları İŞİD əsirlərini təhvil verdi

pkk-terrorculari-isid-esirlerini-tehvil-verdi
Oxunma sayı: 2377

İngiltərə mətbuatı PKK və İŞİD terror təşkilatları arasında növbəti danışıqlara start verildiyini yazıb.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, danışıqlarda YPG və PKK-nın Rəqqa və Deyr əz-Zor əməliyyatları nəticəsində ələ keçirdiyi İŞİD əsirlərinin geri qaytarılması barədə razılıq əldə edilib.

Təhvil verilən terrorçular arasında alman və fransız vətəndaşlarının olduğu bildirilir. Hazırda PKK-nın əlində 3 ingilis əsirin daha qaldığı qeyd edilib.

Qeyd edək ki, bundan öncə YPG/PKK və İŞİD əsirlərin dəyişdirilməsi istiqamətində 3 dəfə razılıq əldə ediblər. Fevralda 200-ə yaxın, apreldə isə 40-a yaxın İŞİD terrorçusu təhvil verilmişdi.

Sonuncu dəfə isə 6 iyunda terrorçuların ailələri geri qaytarılmışdı.