PKK terrorçuları Türkiyə sərhədini atəşə tutdu

pkk-terrorculari-turkiye-serhedini-atese-tutdu
Oxunma sayı: 2553

PKK/YPG terror təşkilatı Türkiyə sərhədini atəşə tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, təşkilat üzvləri Suriyanın Tel Rıfat şəhərindən Türkiyənin sərhəd bölgəsinə atəş açıblar.

Terrorçuların hədəfləri atəşlə susdurulub. Türkiyə hərbçiləri arasında itki qeydə alınmayıb.