PKK yenə hücum etdi - İki polis yaralandı

pkk-yene-hucum-etdi
Oxunma sayı: 2073

Türkiyənin Diyarbəkir şəhərində AKP İl Başçılığının təhlükəsizliyini təmin edən polis qüvvələrinə hücum olunub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, PKK terrorçuları uzun lüləli silahlarla 2 polisi yaralayıb.

Təhlükəsizlik qüvvələrinin hücuma qarşılıq verməsinin ardından terroristlər hadisə yerindən qaçıblar.

Yaralı polislər xəstəxanaya yerləşdirilib.