PKK yenə hücum etdi - İki şəhid, iki yaralı

pkk-yene-hucum-etdi
Oxunma sayı: 962

Türkiyənin Hakkari-Van yolunda terror hadisəsi qeydə alınıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, PKK üzvləri tərəfindən bomba yerləşdirilmiş yol partladılıb.

Yoldan keçən polis maşını zərər görüb, 2 polis şəhid olub.

Partlayış zamanı iki polis isə yaralanıb.

Hadisə yerinə təhlükəsizlik orqanları cəlb olunub.