“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 73 EC 806 dövlət nişanlı maşın Cizrə prospektində atəşə məruz qalıb. 6 yaşlı uşağın olduğu yük maşınına hücum zamanı 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Yaralılar Şırnaq Dövlət Xəstəxanasına aparılıb, bir nəfəri xilas etmək mümkün olmayıb.
Ölən əsgərin hərbi xidmətdən yeni gəldiyi məlum olub.
Təhlükəsizlik orqanları qaçan terroristlərin tutulması üçün addımlar atmağa başlayıb.
Son xəbərlər
Son Xəbərlər