Rusiyalı aparıcı Yekaterina Andreyeva “Birinci kanal”da təqdim etdiyi “Vremya” xəbər proqramında yaşanan hadisəyə növbəti dəfə münasibət bildirib.
“Qafqazinfo” “Spletnik”ə istinadən xəbər verir ki, o, canlı efirdə kameralar qarşısında “Müharibəyə yox” şüarının yazıldığı plakat açan redaktor Marina Ovsyannikovanı satqın adlandırıb: “O mənim arxamda peyda olanda qərar verdim ki, ona tərəf dönməyəcəyəm. O məni başımdan vura, üstümə brilliant yaşılı tökə bilərdi. Mən onu satqın hesab edirəm”.
Andreyeva, həmçinin Ovsyannikovanın çağırışını şərh edib: “Bu plakatda hansısa Nyu-Vasükovdan olan nənə üçün yox, ingilisdilli izləyicilər üçün ingiliscə yazılan mətnlə razılaşa bilərəm. Amma bu qadının bizim yalan danışmağımızla bağlı yazısı ilə heç vaxt razılaşmaram. Biz bütün faktları yoxlayırıq, bizim müxbirlər ən qaynar nöqtələrdədir və videomateriallar orada nə baş verdiyini təsdiqləyir”.
Aparıcı əlavə edib ki, Ovsyannikovanın atacağı ən doğru addım siyasəti ilə razılaşmadığı telekanaldan işdən çıxması olardı.
Qeyd edək ki, M. Ovsyannikova barəsində iki cinayət işi açılıb: razılaşdırılmamış aksiya təşkil etmə və Rusiya ordusu haqda feyk yayma. Birinci işə görə jurnalist 30 min rubl (303 AZN) məbləğində cərimə edilib, ikinci işə görə isə o, həbs oluna bilər.
Həmçinin oxuyun: Efirdə baş verənlərə reaksiya verməməsinin səbəbini açıqladı
Son xəbərlər
Son Xəbərlər