Plan 81 faiz dolub

plan-81-faiz-dolub
Oxunma sayı: 921


“Qafqazinfo”  Komitənin saytına istinadən xəbər verir ki, M. Abbaszadə Azərbaycan  ali təhsil müəssisələrinin magistraturalarına yerləşdirmənin nəticələrinə dair statistik məlumatları mətbuat nümayəndələrinin diqqətinə çatdırmış, plan yerlərinin 81 faizədək dolduğunu bildirib. Qəbul olan bakalavrların ali təhsil müəssisələrində qeydiyyatı həmin təhsil müəssisələrində təhsil alan tələbələrin dövlət imtahanları başa çatdıqdan sonra-iyunun 25-dən iyulun 10-dək aparılacaq.

Sədr magistraturaya qəbul olmuş 2014-cü ilin məzunlarının digər sənədlərlə birlikdə, ali təhsil müəssisəsini bitirmək haqqında arayış da təqdim etməli olduğunu qeyd etmiş və bildirib ki, göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Komissiya sədri həmçinin iyunun 8-də Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun orta ümumtəhsil müəssisələrində keçiriləcək buraxılış imtahanları haqqında məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb.