“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 12-ci turunun açılış matçında “Qarabağ”ı qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
Türkmənistanlı çalışdırıcı oyun planının demək olar ki, eyni olduğunu bildirib:
“Fikirləşirəm ki, azarkeşlərimiz üçün çox yaxşı, maraqlı oyun oldu. Ümumən razı qaldıq, amma səhvlər də var idi.
Rəqibin qapıçısına gəlincə, təbii ki o, elə yaxşı oynamalıdır. Oyun planı demək olar ki, eyni idi. Amma “Qarabağ”ın ustalıq səviyyəsini, oyunçuların fərdi keyfiyyətlərini əsasən nəzərə aldıq. Yəni, plan bu idi.
Desək ki, nəticədən razı deyilik, bu, düzgün olmaz. Amma ümumi oyundan narazı qaldığım məqamlar var”.