Planşet bazarının lideri

planset-bazarinin-lideri
Oxunma sayı: 1606


Bununla belə, 2014-cü ildə planşet satışlarının həcmi 4,4 faiz yüksələrək 229,6 milyona çatıb. 

“Qafqazinfo” ıctnews.az-a istinadən xəbər verir ki,analitiklər vurğulayır ki, "Apple" və "Samsung" şirkətləri planşet bazarının əsas oyunçularıdır. "Apple"ın planşet çeşidini genişləndirməsinə, köhnə modelləri satışda saxlamasına baxmayaraq, bu, yeni "iPhone" modellərinin fonunda "iPad" qurğularının satışını canlandırmaq üçün kifayət etməyib. Eyni vaxtda "Samsung" şirkəti "Android" əsaslı ucuz planşet istehsalçıları tərəfindən rəqabətlə üzləşib.

"Apple" planşet bazarının lideri olaraq qalır. Şirkət bir rübdə 21,4 milyon planşet satıb. "Samsung" ikinci pillədə qərarlaşıb. Sonrakı pillələrdə "Lenovo", "ASUS" və "Amazon" şirkətləri qərarlaşıb.