Plastik arakəsmə sevgilərinə mane ola bilmədi - Fotolar

plastik-arakesme-sevgilerine-mane-ola-bilmedi
Oxunma sayı: 7588

Koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkələrdən olan İspaniyanın Barselona şəhərindəki  qocalar evində çəkilmiş fotolar dünya mediasının gündəminə çevrilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 102 günlük karantindən sonra 84 yaşlı Paskal Perezlə 81 yaşlı xanımı Aqustina Kanamero yenidən qovuşublar. 3 aydan çoxdur ki, bir birindən ayrı qalan cütlük sellofan arakəsməyə baxmayaraq bir-birinə sarılıb. 59 ildir evli olan Paskalla Aqustina indiyədək bu qədər uzun müddət bir-birindən ayrı qalmayıb.

61 yaşlı Dolores Reyes isə 4 ay ayrı qaldığı 87 yaşlı atası Joze Reyeslə qovuşub.

67 yaşlı Beatris Sequra 100 gün ayrı qaldığı 96 yaşlı anası İzabel Perez Lopezə sarılıb. İzabel Perezin 69 yaşlı kürəkəni Xose Maria Vila da onun ziyarətinə gəlib.