“Plastik əməliyyat günahdır”

plastik-emeliyyat-gunahdir
Oxunma sayı: 5014

Əməkdar artist Rafael İsgəndərov plastik əməliyyatlarla bağlı dediyi sözlərlə diqqət çəkib. 

“Qafqazinfo” xəbər verir ki, aktyor bu barədə “Şən gənc” verilişində danışıb. 

Belə ki, proqram zamanı ona ünvanlanan “Sənət üçün plastik əməliyyat etdirərdinizmi?” sualına “Plastik əməliyyat günahdır”, - deyərək cavab verib. 

“İnsan uşaq vaxtı yıxılıb, burnu qırılıb, çəpər əyriliyi var, bu səbəbdən olarsa, başqa məsələ. Amma Allahın verdiyini dəyişdirəsən... Bu, düzgün deyil”,- Rafael İsgəndərov bildirib.