Plastik kart sahiblərinə şad xəbər

plastik-kart-sahiblerine-sad-xeber
Oxunma sayı: 780

Yüksək xidmət və müştəri məmnuniyyətini hədəf qoyan Expressbank həm də bank məhsulları və xidmətləri üzrə sərfəli tarifləri ilə seçilir. Belə ki, artıq Expressbank-ın xarici valyutada olan kartlarından digər valyuta üzrə nağdlaşdırma, onlayn və POS-terminal vasitəsi ilə alış-veriş zamanı konvertasiya üzrə xidmət haqqı cəmi 1% təşkil edəcək. 

"Qafqazinfo"nun məlumatına görə, debet kartlarından Expressbank bankomatlarında nağdlaşdırma zamanı isə heç bir xidmət haqqı tutulmur, yəni komissiya 0% təşkil edir.  Amma bu da son deyil. Expressbank-ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin 20%-dək hissəsini karta geri alırlar (“cashback”). Üstəlik ölkə üzrə 48 regionda quraşdırılmış ExpressPay ödəniş terminalı və ya Şəxsi kabinet vasitəsi ilə istənilən zaman hesabınızı artıra və hesabla bağlı digər əməliyyatları həyata keçirə bilərsiniz.

Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Expresso kartlarını 5 AZN, VISA Electron/Maestro kartlarını 6 AZN, VISA Classic/MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə VISA Gold/MasterCard Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə VISA Platinum/MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.