Platini dünya çempionatındakı fırıldağın üstünü açdı

platini-dunya-cempionatindaki-firildagin-ustunu-acdi
Oxunma sayı: 2699

UEFA-nın sabiq prezidenti Mişel Platini 1998-ci ildə Fransada keçirilən dünya çempionatı ilə bağlı maraqlı faktı açıqlayıb.

“Qafqazinfo” “Haberler”ə istinadən xəbər verir ki, o, həmin çempionatda Braziliya və Fransanın finaldan öncə qarşılaşmamaları üçün fırıldaq edildiyini bildirib:

“Püşkatmadan öncə müxtəlif hesablamalar aparılmışdı. Nəticədə Fransa C qrupunda, Braziliya isə A qrupunda yer almışdı. İki komanda da qruplarını lider bitirdi və finaldan öncə qarşılaşmadı”.

Qeyd edək ki, DÇ-1998-də Fransa Braziliyanı 3-0 məğlub edərək dünya çempionu olmuşdu.